
BAKI, 24 fevral. TELEQRAF
Nyu-Yorkdan Nyu-Dehliyə uçan "American Airlines"a məxsus təyyarə partlayış hədəsindən sonra Romaya təcili eniş edib.
Teleqraf xəbər verir ki, bu barədə "ABC" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, təyyarə və sərnişinlər Romanın Fiumicino hava limanının əməkdaşları tərəfindən yoxlanılıb. Təyyarədə partlayıcı tapılmayıb.