BAKI, 24 fevral. TELEQRAF

Almaniya Azad Demokrat Partiyasının (FDP) sədri, Almaniya Maliyyə Nazirliyinin keçmiş rəhbəri Kristian Lindner liberalların Bundestaqa növbədənkənar seçkilərdəki uğursuzluğundan sonra siyasətdən getdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə siyasətçi "X" sosial şəbəkəsində paylaşım edib.

“Seçkilər FDP-yə məğlubiyyət gətirdi, amma ümid edirəm bu Almaniya üçün yeni başlanğıc olar. Bunun üçün mübarizə apardım. İndi isə aktiv siyasətdən gedirəm”, - sabiq nazir yazıb.