BAKI, 24 fevral. TELEQRAF

İndoneziyada timsah 14 yaşlı uşağa hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin Qərbi Kalimantan əyalətində baş verib. Belə ki, hadisə uşağın çayda üzdüyü zamanı baş verib. Timsah uşağın bədənini parçalayıb, daha sonra özü ilə aparıb.

Yerli mühafizə orqanlarının yaydığı məlumata görə, 14 yaşlı qurbanın cəsədi hələ də tapılmayıb.

Nəşr onu da qeyd edib ki, son iki həftə ərzində bu kənddə timsahlar iki dəfə uşaqlara hücum edib. Fevralın əvvəlində sürünən yırtıcı altı yaşlı Kristan Rikardonu əmisinin gözü qarşısında parçalayıb. Həmin vaxt axtarış yeddi gün davam edib və oğlan tapılmayıb.