BAKI, 24 fevral. TELEQRAF

İsrail yeni Suriya hakimiyyətinin silahlı qüvvələrinin Dəməşqin cənubundakı ərazilərdə mövcudluğuna icazə verməyəcək və buranın tam silahsızlaşdırılmasını tələb edir.

Teleqraf xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

O, İsrailin yaşayış məntəqələrini qorumaq və hər hansı təhlükənin qarşısını almaq üçün ordunun qeyri-müəyyən müddətə Hermon dağının zirvəsində, eləcə də bufer zonada qalacağını vurğulayıb.

Netanyahu əlavə edib ki, Qüds Colan təpələrində yaşayan druz icmasına qarşı təhdidlərə dözməyəcək.