
BAKI, 23 fevral. TELEQRAF
Türkiyə ordusu İraqın şimalında 2, Suriyanın şimalında isə 6 PKK/YPG terrorçusunun zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.
"Hədəfimiz terrorçuların olduğu yerdədir. Silahlı Qüvvələrimiz İraqın şimalında müəyyən etdiyi 2 PKK terrorçusunu, Suriyanın şimalında isə müəyyən etdiyi 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Terrorçuların məhv edilməsi üçün sürətli və davamlı əməliyyatlara davam edəcəyik", - paylaşımda qeyd olunub.