
BAKI, 24 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı son açıqlamaları yanlışdır və bu, onun Kiyevi Rusiya ilə danışıqlara cəlb etmək niyyətində olmadığını göstərir.
Teleqraf xəbər verir ki, bunu "ABC News"a müsahibəsində ABŞ-nin Rod-Aylenddən olan senatoru, Demokratlar Partiyasının üzvü Cek Rid deyib.
O, həm Rusiya Federasiyası ilə ittifaqın möhkəmlənməsini, həm də Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə son hücumlarını tənqid edib.
"Mahiyyətinə varsaq, bu Prezident Trampın ruslara təslim olmasıdır. Bu, dövlət xadimi və ya diplomat deyil. Bu, sadəcə olaraq, Putinə heyran olan, ukraynalıların mübarizəsinə inanmayan bir adamdır", - ABŞ senatoru vurğulayıb.
Rid hesab edir ki, ABŞ Moskvaya təzyiqlərini davam etdirməli, Kiyevlə danışıqlara başlamalıdır.