
BAKI, 23 fevral. TELEQRAF
“Hizbullah” şiə hərəkatı İsraillə mübarizəni davam etdirəcək.
Teleqraf xəbər verir ki, bunu hərəkatın mərhum lideri Həsən Nəsrullahın Beyrutdakı dəfn mərasimində çıxışı edən təşkilatın yeni baş katibi Naim Qasim bildirib.
"Bütün evlərimiz dağılsa da, həlak olsaq da İsrailə müqavimət göstərməyə davam edəcəyik. İsraildən fərqli olaraq biz atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetiririk. Biz işğalçıları Livan torpaqlarından qovacağıq. Livanın oğulları olaraq biz ordumuzun yanındayıq və milli birliyi qorumaq istəyirik", deyə Naim Qasim bildirib.
O əlavə edib ki, Hizbullah ABŞ-nin Yaxın Şərqdə İsrailin maraqları naminə addımlar atmasına icazə verməyəcək: "Digər milli azadlıq qüvvələri ilə birlikdə Trampın Qəzza zolağından fələstinlilərin köçürülməsi layihəsinə qarşı mübarizə aparacağıq", - çıxışı televiziya ekranlarında yayımlanan Qasem vurğulayıb.