BAKI, 24 fevral. TELEQRAF

Almaniya üçün Alternativ (AfD) partiyası növbədənkənar Bundestaq seçkilərində rekord nəticə əldə edib.

Teleqraf xəbər verir ki, bunu AfD-nin kansler postuna namizədi Elis Vaydel deyib.

“Biz tarixi nəticə əldə etdik. Biz heç vaxt ölkədə bu qədər güclü olmamışıq. Biz Almaniyada ikinci güclü partiyaya çevrilmişik və indi xalq partiyası statusumuzu təmin etmişik”, - namizəd bildirib.

Vaydel əlavə edib ki, AfD hökumətin qurulmasında iştirak etməyə hazırdır.

Qeyd edək ki, ötən gün Almaniyada keçirilən növbədənkənar parlament seçkilərində Xristian Birlik İttifaqı (CDU/CSU) 29% səslə qalib gəlib.

İkinci yerdə 20 faiz rekordla sağçı “Almaniya üçün Alternativ” partiyası, üçüncü yerdə isə 16,5 faiz səs toplayan hazırkı kansler Olaf Şoltsun Almaniya Sosial Demokrat Partiyası qərarlaşıb.