
BAKI, 24 fevral. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron bir sıra Avropa İttifaqı və digər ölkələrin liderləri ilə bir telefon danışığı apararaq Ukrayna məsələsini müzakirə edib.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində məlumat verib.
Fransa liderinin sözlərinə görə, o, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının sədri Antonio Kosta, Almaniya kansleri Olaf Şolts, Böyük Britaniyanın Baş naziri Key Starmer, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orbanla danışıqlar aparıb.
"Avropalı həmkarlarımız və müttəfiqlərimizlə son bir neçə gündə müzakirələri davam etdirərək, Ukraynada uzunmüddətli və sabit sülhə nail olmağın yollarını axtarırıq", - Fransa lideri yazıb.