
BAKI, 22 fevral. TELEQRAF
Bakıda 4 dostun meyiti tapılıb.
Teleqraf xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Qəsəbədə iki qonşunun meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib-içdiyi məlum olub.
Həmin iki nəfərin də meyiti öz evlərində tapılıb.
Hadisə ilə bağlı polis, prokurorluq və kriminalistlərdən ibarət istintaq qrupu yaradılıb.
Ölənlərin kimliyi dəqiqləşdirilir. Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimallarını nəzərə alaraq müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri Lent.az yayıb.