BAKI, 22 fevral. TELEQRAF

2025-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə 1 milyon 778,5 min nəfər muzdla çalışan işçi, 217 min 228 nəfər isə işsiz qeydə alınıb. Orta aylıq nominal əməkhaqqı 1009,2 manat olub.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, Bakı şəhərində muzdla çalışanların sayı 982,5 min nəfər olub.

Paytaxtda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 269,2 manat olub.

Naxçıvanda 61,1 min nəfər muzdla çalışan, 9 677 isə işsiz qeydə alınıb. Abşeron-Xızı iqtisadi rayonunda 112,6 min muzdla çalışan (10 837 işsiz), Dağlıq Şirvanda 28,3 min (7 784 işsiz), Gəncə-Daşkəsəndə 78,6 min (8 929 işsiz), Qazax-Tovuzda 58,5 min (17 822 işsiz), Şəki-Zaqatalada 72,5 min (20 028 işsiz), Şirvan-Salyanda 56,0 min (13 089 işsiz), Lənkəran-Astarada 66,7 min (17 751 işsiz), Mərkəzi Aranda 73,9 min (19 801 işsiz), Quba-Xaçmazda 56,4 min (15 229 işsiz), Mil Muğanda 44,1 min (8 294 işsiz), Qarabağda isə 65,8 min (23 139 işsiz) nəfər olub.

Şərqi Zəngəzurda 21,5 min işləyən, 9 330 işsiz qeydə alınıb. Burada orta aylıq nominal əməkhaqqı 711,9 manat olub.