BAKI, 22 fevral. TELEQRAF
Qarlı hava şəraiti ilə əlaqədar Travmatologiya və Ortopediya İnstitutuna müraciət edənlərin sayı açıqlanıb.
İnstitutdan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, dünəndən bu günədək 165 nəfərin müraciəti qeydə alınıb.
***
12:31
BAKI, 22 fevral. TELERRAF
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə Teleqraf-ın sorğusuna mərkəzdən cavab olaraq bildirilib.
Onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub.