
BAKI, 22 fevral. TELEQRAF
Bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi müəyyənləşib.
Teleqraf Rusiya Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu posta Tatyana Serqayeva təyin olunub. Qurumun prezidenti Oleq Belozerovun təqdim etdiyi namizədliyi Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev təsdiqləyib.
SSRİ idman usta olan Serqayeva 1997-ci ildə "Rusiyanın əməkdar məşqçisi" adını alıb. O, 17 il ərzində qrup məşqləri üzrə Rusiya komandasının baş məşqçisi olub. 55 yaşlı mütəxəssis Anastasiya Bliznyuk, Anastasiya Maksimova, Anastasiya Tatareva və Mariya Tolkaçeva kimi olimpiya çempionlarının hazırlığında xüsusi rol oynayıb.
Qeyd edək ki, Tatyana Serqayeva bu postda İrina Vineri əvəzləyib. Viner 2001-ci ildən bu vəzifəni tuturdu.