
BAKI, 22 fevral. TELEQRAF
Qax Rayon İcra Hakimiyyəti rayonun küçələrində və döngələrdə yol və səkilərin, eyni zamanda şəhər qəbirstanlığının giriş yolunun əsaslı təmiri ilə bağlı açıq tender elan edib.
Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 313 min 810 manatdır.
Tenderdə iştirak haqqı isə 350 manatdır.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi martın 3-dür. Zərflər də həmin gün açılacaq.