
BAKI, 22 fevral. TELEQRAF
Polşalıların 50%-dən çoxu Ukraynaya hərbi yardım göndərilməsinə qarşı olduqlarını bildiriblər.
Teleqraf xəbər verir ki, məsələ ilə bağlı "Opinia24" ictimai rəy araşdırma mərkəzi sorğu keçirib.
Statistikaya görə, polşalıların 53%-i Ukraynaya silah göndərməsini dəstəkləmir. Digər tərəfdən, 29%-i Kiyevə hərbi yardım göstərilməsinin tərəfdarıdır, 17%-i isə bu barədə rəy bildirməyib.
Sorğu 23-29 yanvar tarixləri arasında telefon və internet vasitəsilə keçirilib və 1000 polşalı iştirak edib.
Qeyd edək ki, Polşa hakimiyyəti Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başladığı dövrdən etibarən Kiyevə 45 hərbi yardım paketi göndərib. Bu yardımların ümumi dəyəri 3,23 milyard ABŞ dolları qiymətləndirilir.