BAKI, 15 fevral. TELEQRAF

İsrail əsgərləri son 24 saat ərzində İordan çayının qərb sahilində 4 fələstinlini güllələyiblər.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Nablusun şərqindəki Əsgər qaçqın düşərgəsinə basqın zamanı 19 yaşlı fələstinli güllələnib. Fələstin rəsmiləri də çərşənbə günü Tulkərmin şərqindəki Nur Şəms qaçqın düşərgəsinə basqın zamanı üç fələstinlinin İsrail qüvvələri tərəfindən güllələnərək öldüyünü təsdiqləyib.