BAKI, 10 mart. TELEQRAF

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində yaşayan kürdlərin kürd milli atributları altında martın 18-də Novruz şənliklərinin keçirilməsi ilə bağlı təşəbbüsləri gərginliyə səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, Şəhər Şurasının başçısı Məhəmməd Xəlilpur kürd icmasına bunun nəticələri barədə xəbərdarlıq edib.

"Bu çağırışlar kifayət qədər qıcıqlandırıcıdır və biz Şərqi Azərbaycan vilayətinin kürd vilayəti kimi qələmə verənlərə qarşı kəfən geyinib cavab verəcəyik",- o deyib.

Qeyd edək ki, Urmiyada kürd atributları ilə bayram şənlikləri keçirilməsi təşəbbüsü Urmiya Şəhər Şurasının kürd əsilli üzvləri-Sadiq Təvəkküli və Sasan İbrahimzadə tərəfindən irəli sürülüb.

Ötən həftədə əyalətin Naxçıvanla sərhəd Poldəşt şəhərində bayram mərasimi keçirilib və bu bölgə kürd bölgəsi kimi qələmə verilib.