
BAKI, 11 mart. TELEQRAF
Suriyanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin sahil ərazilərindəki əyalətlərdə mülki insanlara qarşı zorakılıq törətməkdə şübhəli bilinən dörd nəfəri saxlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.
“Saxlanılan şəxslər Suriyada baş verən son hadisələr zamanı mülki insanlara qarşı zorakılıq törətməkdə şübhəli bilinirlər”, - məlumatda deyilir.
Qeyd edək ki, martın 6-da Suriyanın Latakiya, Tartus və digər bölgələrində təhlükəsizlik qüvvələri ilə sabiq prezident Başar Əsədin tərəfdarları arasında toqquşma baş verib.