BAKI, 10 mart. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyəti Suriyanın qərbində yerləşən Latakiya və Tartus vilayətlərini ziyarət edib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bu ərazilərdə Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında genişmiqyaslı toqquşmalar baş verib. BMT əməkdaşları toqquşmaların baş verdiyi ərazilərə gəlib və orada araşdırma aparırlar.

Qeyd edək ki, baş verən döyüşlər nəticəsində mülki şəxslər arasında qurbanlar olub.