BAKI, 12 mart. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Teleqraf xəbər verir ki, ikinci oyun günündə 1/4 final mərhələsinin son 4 komandası müəyyənləşəcək.

Günün əsas görüşü İspaniyada keçiriləcək. "Metropolitano" stadionunda "Atletiko Madrid" "Real Madrid"lə üz-üzə gələcək. "Santyaqo Bernabeu"da keçirilən ilk oyunda "kral klubu" 2:1 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, daha əvvəl İspaniyanın "Barselona", Almaniyanın "Bavariya", İtaliyanın "İnter" və Fransanın "PSJ" komandaları 1/4 finala yüksəlib.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

12 mart

21:45. "Lill" (Fransa) - "Borussiya Dortmund" (Almaniya) (ilk oyun - 1:1)

00:00. "Arsenal" (İngiltərə) - PSV (Niderland) (ilk oyun - 7:1)

00:00. "Atletiko Madrid" (İspaniya) - "Real Madrid" (İspaniya) (ilk oyun - 1:2)

00:00. "Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika) (ilk oyun - 3:1)