BAKI, 12 mart. TELEQRAF

"Polşa ABŞ və Ukrayna arasında Səudiyyə Ərəbistanında aparılan sülh danışıqlarında əldə olunan irəliləyişi alqışlayır".

Teleqraf xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

“Görünür, amerikalılar və ukraynalılar sülh yolunda mühüm addım atıblar. Avropa ədalətli və davamlı sülh naminə Ukraynaya kömək etməyə hazırdır”, - baş nazir qeyd edib.