
BAKI, 12 mart. TELEQRAF
ABŞ Respublikaçılar Partiyasının tərəfdarlarının təxminən 40%-i ölkə konstitusiyasına Prezident Donald Trampın 18 yaşlı oğlu Barronun varisliyini nəzərdə tutan düzəliş təklifini dəstəkləyib.
Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
“Prezident Donald Trampın kiçik oğlu Barron respublikaçılar arasında populyarlıq qazanmağa davam edir. Bəziləri hətta onun prezidentliyə vaxtından əvvəl namizədliyini irəli sürmək üçün Konstitusiyaya dəyişiklik etməyi düşünürlər”, - nəşr yazır.
Nəşrin məlumatına görə, respublikaçıların 40%-i Trampın oğluna prezident seçkiləri kampaniyasına başlamağa imkan verən qanunun dəyişdirilməsinin mümkünlüyünü dəstəkləyib, lakin respondentlərin 38%-i bu ideyanın əleyhinə çıxıb, 22%-i suala cavab verməyib.
Eyni zamanda, Respublikaçılar Partiyasına mənsub olmayan amerikalıların cavablarını araşdırarkən müəyyən edib ki, respondentlərin yalnız 24%-i ideyanı dəstəkləyib, 44%-i isə təşəbbüsə qarşı çıxıb.