BAKI, 12 mart. TELEQRAF

ABŞ Kanadanın polad və alüminiumuna rüsumların artırılmasını təxirə salıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin ticarət üzrə müşaviri Piter Navarro "CNBC" telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, martın 12-dən gömrük rüsumlarının artırılmaması barədə qərar ABŞ-Kanada danışıqlarından sonra verilib.

Daha öncə bildirilmişdi ki, ABŞ hökuməti martın 12-də Kanada poladı və alüminiumuna gömrük tariflərini 25% (50%-ə qədər) qaldıracaq.