BAKI, 10 mart. TELEQRAF

Türkiyə İsrailin NATO təlimlərində iştirakına veto qoyub. Qərar təxminən iki həftə əvvəl NATO təlimlərinin koordinasiya qrupu ilə alyansdakı Bolqarıstan nümayəndə heyəti arasında keçirilən görüşdən sonra qəbul edilib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Yediot Ahronoth” qəzeti məlumat yayıb.

“Türkiyə NATO təlimlərində iştirakımıza qarşı veto hüququndan istifadə elədi”, - İsrail rəsmisi nəşrə deyib.

Mənbə Türkiyəni veto hüququndan “siyasi alət” kimi istifadə etməkdə ittiham edib.

Xatırladaq ki, Türkiyə 2023-cü ilin oktyabrında Qəzza zolağında HƏMAS-İsrail müharibəsi başladıqdan sonra yəhudi dövləti ilə əlaqələri kəsib.