
BAKI, 11 mart. TELEQRAF
İsrail və Livan sərhəd məsələləri ilə bağlı danışıqlara başlamaq üçün razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bu danışıqlar ABŞ-nin himayəsi altında keçiriləcək. Mümkün addımların atılması üçün Vaşinqton artıq işçi qrupları yaradıb", - məlumatda deyilir.