BAKI, 12 mart. TELEQRAF

Rusiya Ukraynanın Odessa limanında xarici yük gəmisini ballistik raketlə vurub.

Teleqraf xəbər verir ki, bu barədə “Odessa INFO” teleqram kanalı məlumat yayıb.

Ukrayna rəsmilərinin verdiyi məlumata görə, Barbados bayrağı altında üzən "MJ Pınar" yük gəmisi Odessadan Əlcəzairə getməli idi. Gəminin göyərtəsində beynəlxalq heyət olub. Dənizçilər arasında ölənlər var.