
BAKI, 12 mart. TELEQRAF
"Avropa Komissiyası müharibənin qarşısını almaq üçün Avropa İttifaqı ölkələrini potensial münaqişələrə hazırlaşmağa çağırıb".
Teleqraf xəbər verir ki, bu barədə Litvanın Avropa Komissiyasındakı nümayəndəsi Andrius Kubilius bildirib.
“Avropa müharibənin qarşısını almaq üçün müharibələrə hazırlaşmalıdır”, - Kubilius deyib.
O bildirib ki, Rusiya beş il ərzində və hətta daha tez NATO ilə silahlı qarşıdurmaya hazır ola biləcək.
Ancaq o, belə bir münaqişənin Rusiyaya nə üçün lazım ola biləcəyini açıqlamayıb, sadəcə iddia edib ki, bütün Avropa Rusiyanın təcavüzü təhlükəsi altındadır və bütün region ölkələri cəbhəyanı ölkələr hesab olunur.