
BAKI, 12 mart. TELEQRAF
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Teleqraf xəbər verir ki, ilk oyun günündə 4 görüş keçirilib.
"Barselona" komandası Portuqaliyada minimal hesabla yendiyi "Benfika" üzərində İspaniyada inamlı qələbə qazanıb.
İtaliyanın bu mərhələdə yeganə təmsilçisi "İnter" Niderlandda 2:0 hesabı ilə qalib gəldiyi "Feyenoord"u öz meydanında da məğlub edib - 2:1.
Almaniya komandalarının duelində "Bavariya" öz meydanında 3:0 hesabı ilə qalib gəldiyi "Bayer"dən səfərdə də üstün olub - 2:0.
Nəhayət, gecənin əsas görüşündə “Liverpul” İngiltərədə Fransa PSJ-sini qəbul edib. Oyunun əsas vaxtında PSJ qalib gəlib - 1:0. İlk matçda "Liverpul" eyni hesabla üstün olduğu üçün əlavə vaxt təyin olunub. Bu bölümdə də nəticə dəyişməyib. Penaltilər seriyasında isə daha dəqiq olan PSJ 1/4 finala yüksəlib.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər 4 cavab oyunu bu gecə keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
11 mart
21:45. "Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya) - 3:1
Qollar: Rafinya, 11; 42. Lamin Yamal, 27 - Nikolas Otamendi, 13
İlk oyun - 1:0
00:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa) - 0:1
Qol: Usman Dembele, 12 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 1:4)
İlk oyun - 1:0
00:00. "Bayer Leverkuzen" (Almaniya) - "Bavariya" (Almaniya) - 0:2
Qollar: Harri Keyn, 52. Alfonso Devis, 71
İlk oyun - 0:3
00:00. "İnter" (İtaliya) - "Feyenoord" (Niderland) - 2:1
Qollar: Markus Türam, 8. Hakan Çalhanoğlu, 51 (penalti ilə) - Yakub Moder, 62 (penalti ilə)
İlk oyun - 2:0