BAKI, 12 mart. TELEQRAF

Almaniyada ata ögey qızına cinsi təcavüz etməkdə təqsirli bilinib.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

İttihama görə, Siegen-Vittgenstein qraflığından olan 38 yaşlı Benjamin S. ögey qızı Colini hələ 7 yaşı olarkən - 2020-ci ilin mart ayından 2023-cü ilin avqust ayına qədər təcavüz edib.

Daha sonra qız ögey atasından hamilə qalıb. Azyaşlı qarnını gizlətməyə çalışsa da, müəllimləri onun hamilə olduğunu anlayıb.

11 yaşlı uşaq qeysəriyyə əməliyyatı ilə qız dünyaya gətirib. Uşağın atasının isə Benjamin S. olduğu DNT testi ilə dəqiqləşdirilib.

Benjamin ittihamları rədd etsə də, məhkəmənin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilib.