BAKI, 12 mart. TELEQRAF

"Fransa ABŞ-nin Ukraynada atəşkəs rejiminin tətbiqi təklifini alqışlayır".

Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində paylaşımında qeyd edib.

“Mən Ciddədə ABŞ-Ukrayna danışıqlarında əldə olunan irəliləyişi və xüsusən də 30 günlük mümkün atəşkəs ideyasını alqışlayıram”, - dövlət başçısı yazıb.

Makron əlavə edib ki, top artıq aydın şəkildə Rusiyanın meydançasındadır.