
BAKI, 12 mart. TELEQRAF
NATO-nun baş katibi Mark Rutte martın 12-də Vaşinqtona səfər edəcək və ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
"Səfər zamanı o, ABŞ administrasiyasının və Konqresinin yüksək vəzifəli şəxsləri ilə də görüşəcək", - məlumatda deyilir.
Mətbuat xidməti bildirib ki, Rutte ilə Tramp arasında görüş martın 13-də baş tutacaq. Baş katibin səfəri martın 14-dək davam edəcək.
Danışıqların mövzuları dəqiqləşdirilməyib. NATO baş katibi ilə ABŞ prezidenti arasında görüş barədə əvvəllər məlumat verilməmişdi.