BAKI, 10 mart. TELEQRAF

Cari yağıntı ilində İranın Şərqi Azərbaycan əyalətinin bəndlərində olan su ehtiyatı 61%, bəndlərə daxil olan suyun həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 16% azalıb.

Teleqraf xəbər verir ki, bu barədə əyalətin Regional Su Şirkətinin başçısı Yusif Qafarzadə deyib.

"Şərqi Azərbaycanda su anbarlarının ümumi həcmi təbii səviyyədə 603 milyon 400 min kubmetr olduğu halda, hazırda anbarlarda olan su miqdarı 235 milyon 700 min kubmetrdi, bu isə onların ümumi tutumunun 39 faizi deməkdir",- o bildirib.

Qafarzadənin sözlərinə görə Şərqi Azərbaycanın ən böyük su anbarlarindan biri olan Zunuz su anbarinda, suyun həcmində 84% azalma müşahidə olunur.