
BAKI, 10 mart. TELEQRAF
Türkiyə Nazirlər Kabineti bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə (Ankara) toplanacaq.
Teleqraf xəbər verir ki, iclasın əsas gündəmi “Terrorsuz Türkiyə” məqsədi ilə həyata keçirilən işlər olacaq.
Daxili məsələlərlə yanaşı, xarici siyasət də Nazirlər Kabinetinin iclasının gündəmində olacaq. Toplantıda xüsusən də Suriyadakı son vəziyyət və Qəzza zolağında baş verənlər hərtərəfli qiymətləndiriləcək.
Xatırladaq ki, ötən həftəsonu Suriyanın Latakiya və Tartus vilayətlərində hökumət qüvvələri ilə keçmiş rejimə bağlı qruplar arasında toqquşma baş verib. Ölkə rəhbərliyi vəziyyətə nəzarəti bərpa etsə də, bölgə və paytaxt Dəməşqdə durum gərgin olaraq qalır.