BAKI, 12 mart. TELEQRAF

"Dövlət başçıları Donald Tramp və Volodimir Zelenski Ukraynanın mineral ehtiyatları ilə bağlı sazişin imzalanmasına dair göstəriş veriblər".

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.

Rubio vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynaya anlaşmanın vacib olaraq qaldığını, lakin prioritetin sülhə nail olmaq olduğunu açıqlayıb.

Xatırladaq ki, ABŞ-Ukrayna görüşü martın 11-də Ciddədə baş tutub. Ukrayna mətbuatı danışıqların birinci raundunun Kiyevin dənizdə və səmada atəşkəslə bağlı təklifinə, eləcə də nadir torpaq mineralları üzrə sazişə həsr olunduğunu yazıb. İkinci raundda müzakirə təhlükəsizlik təminatlarına çevrildi.