
BAKI, 12 mart. TELEQRAF
Slovakiyada qunduz 5 min insanı içməli suya həsrət qoyub.
Teleqraf xəbər verir ki, bu barədə yerli "TASR" xəbər agentliyi məlumat yayıb.
“Tatra Milli Parkının Ağcaqayın vadisində yaşayan qunduzlar təmizlənmiş suda yuva quraraq onu çirkləndirirlər. Bununla da kəndlərin 5 mindən çox sakini içməli suyu pulla almaq məcburiyyətində qalıblar.
Problemi həll etmək üçün milli parkın rəhbərliyi qunduzların yuvalarını ləğv etməklə onları ərazidən uzaqlaşdırmaq istəyir.