BAKI, 12 mart. TELEQRAF

“Microsoft” may ayından etibarən “Windows 11” sistemində quraşdırılmış “Remote Desktop” proqramını dəstəkləməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə "BleepingComputer" nəşri məlumat yayıb .

Şirkət masaüstü kompüterdəki mövcud tətbiqi oxşar funksionallığa malik yeni "Windows" proqramı ilə əvəz edəcək. Yalnız kompüterlərdə deyil, planşetlərdə, smartfonlarda və veb brauzerdə də istifadə edilə bilər.

Yeni "Windows" tətbiqi 2023-cü ildə təqdim edilib və rəsmi olaraq 2024-cü ilin sentyabrında istifadəyə verilib.