
BAKI, 12 mart. TELEQRAF
Fransa polisi Romilly-sur-Seine kommunasında bank işçisini girov götürən silahlı basqınçını həbs edib.
Teleqraf xəbər verir ki, bu barədə "CNews" telekanalı məlumat yayıb.
Bildirilir ki, hücum edən şəxs bankın binasında bir nəfəri girov saxlayıb. Girov daha sonra sərbəst buraxılıb.
Qeyd edək ki, "France 3" telekanalı hücumçunun əvvəlcə üç nəfəri girov götürdüyünü bildirmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı danışıqlardan sonra girovlar sərbəst buraxılıb.
Hadisənin motivi açıqlanmır. Faktla bağlı araşdırma aparılır.