
BAKI, 11 mart. TELEQRAF
"Qəzza zolağında atəşkəslə bağlı danışıqların yeni mərhələsi başlayıb".
Teleqraf xəbər verir ki, bu barədə HƏMAS hərəkatının sözçüsü Abdel Rəhman Şadid məlumat yayıb.
Şadid vurğulayıb ki, hərəkat bu danışıqlara çox ciddi yanaşır və sülh sazişinin növbəti mərhələsi üzrə tamhüquqlu müzakirələrə keçməyə imkan verəcək mühüm irəliləyiş gözləyir.