
BAKI, 12 mart. TELEQRAF
"Avropa İttifaqı Ukraynada atəşkəsin yaradılması təklifini, həmçinin Vaşinqtondan Kiyevə hərbi dəstəyin bərpasını dəstəkləyir".
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
"Biz Ciddədən gələn bugünkü xəbərləri, o cümlədən atəşkəs razılaşması təklifini və ABŞ-ın təhlükəsizlik yardımını alqışlayırıq ", - AK rəhbəri yazıb.
O əlavə edib ki, top indi Rusiyanın meydançasındadır.