
BAKI, 10 mart. TELEQRAF
Təbriz şəhərində 100 ədəd avtomat silah, tapança və çoxlu sayda güllə aşkarlanaraq götürülüb.
Teleqraf xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin baş hakimi Musa Xəlilullahi məlumat verib.
O, silahların mümkün iğtişaşlarda istifadə etmək üçün ölkənin qərb əyalətlərindən Təbrizə gətirildiyini və burdan da başqa əyalətlərə göndərilməsinin planlaşdırıldığını bildirib.
Xəlilullahi silah qaçaqmalçığılığında iki cinayətkar dəstənin əli olduğunu bildirsə də, onların kimliyi, saxlanılıb-saxlanılmamaları barədə informasiya verməyib.