.jpg)
BAKI, 12 mart. TELEQRAF
ABŞ Kanada vətəndaşlarının ölkədə uzun müddət qalmaları üçün qeydiyyata düşməsini tələb etmək niyyətindədir.
Teleqram xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti məlumat yayıb.
Bildirilir ki, Birləşmiş Ştatlar ölkəyə 30 gün və ya daha çox müddətə səfər edən kanadalıların yerli hakimiyyət orqanlarında qeydiyyata düşməsini tələb edən qanun tətbiq etməyə hazırlaşır.
Kanada hökuməti artıq qərarla bağlı məlumatlandırılıb.