
BAKI, 12 mart. TELEQRAF
"Vaşinqton artıq Ukraynaya yardım üçün yüz milyardlarla dollar xərcləmək istəmir".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Trampın sözlərinə görə, ABŞ ilk növbədə Ukraynada döyüşlərin dayandırılmasına yardım etməyə çalışır. Bundan əlavə, dövlət başçısı vurğulayıb ki, Amerika artıq yüz milyardlarla dollar xərcləmək istəmir. Tramp ABŞ-nin Ukraynaya yardım üçün 350 milyard dollar xərclədiyinə diqqət çəkib.
ABŞ prezidenti qeyd edib ki, əvvəlki 4 ildə Ağ Evə rəhbərlik etsəydi, Ukraynada silahlı münaqişə heç vaxt baş verməzdi.