BAKI, 12 mart. TELEQRAF

Amerikalı multimilyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Prezidenti Donald Trampın nəzarətində olan təşkilata 100 milyon dollar sərmayə qoymaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə "New York Times" (NYT) öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, Mask və Tramp bu barədə razılaşıblar. Əgər baş tutsa, Mask ABŞ prezidentinin hələ adı açıqlanmayan təşkilatına ilk böyük töhfələr verən ilk Ağ Ev əməkdaşı olacaq.

Hazırda sahibkarın investisiya planlarını yerinə yetirib-yetirmədiyi məlum deyil.