
BAKI, 12 mart. TELEQRAF
"Ukrayna ABŞ ilə mineral ehtiyatlara dair ikitərəfli sazişi əlverişli hesab etdikdə imzalayacaq".
Teleqraf xəbər verir ki, bunu Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak Ciddə görüşündən sonra keçirilən brifinqdə bildirib.
Ofis rəhbəri qeyd edib ki, Ukraynada artıq sazişin imzalanması üçün lazımi baza hazırlayıb. Yermakın sözlərinə görə, artıq Kiyev sənədi imzalayacaq şəxsləri müəyyənləşdirib.
Yermak bildirib ki, ABŞ və Ukrayna Ciddə danışıqlarından sonra verilən bəyanatda razılaşmanı qeyd etməklə sadəcə hər iki tərəfin bunu reallaşdırmaq niyyətini təsdiqləyib.