
BAKI, 11 mart. TELEQRAF
2025-ci il müharibə ili olacaq.
Teleqraf xəbər verir ki, bunu İsrailin yeni Baş Qərargah rəisi Eyal Zamir deyib.
Zamir yəhudi bayramlarında ordunun böyük bir hissəsinin eyni vaxtda məzuniyyətə çıxmasına icazə praktikasını ləğv etdiyini açıqlayıb. Baş Qərargah rəisi normal məzuniyyətlərin davam edəcəyini, amma eyni anda bütün birliklərə tətbiq edilməyəcəyini söyləyib.
Xatırladaq ki, Eyal Zamir bu postu ötən həftə Herzi Halevidən təhvil alıb.