
BAKI, 12 mart. TELEQRAF
23 Mart Hərəkatının (M23) üsyançıları Konqo Demokratik Respublikasının Cənubi Kivu əyalətinin Lvanquku şəhərini ələ keçirib.
Teleqraf xəbər verir ki, bu barədə "Actualite" portalı məlumat yayıb.
Bildirilir ki, Cənubi Kivu əyalətinin inzibati mərkəzi Bukavu şəhərindən 50 kilometr aralıda yerləşən Lvanquku bir günlük döyüşdən sonra hökumət qoşunları və onların müttəfiqləri Vazalendo milisləri tərəfindən tərk edilib.
Hazırda üsyançılar Lvanquku şəhərinin mərkəzi hissəsini işğal ediblər və döyüşlər davam edir.