BAKI, 2 mart. TELEQRAF
“İran rəhbərliyi ABŞ və İsrailin təcavüzü ilə bağlı bütün problemlərin öhdəsindən gəlmək üçün çalışır”.
Teleqraf xəbər verir ki, bunu İranın Müvəqqəti Rəhbərlik Şurasının üzvü Əlirza Ərəfi deyib.
“Müvəqqəti Rəhbərlik Şurası mütəmadi iclaslar keçirir və öz vəzifələrini yerinə yetirir. Gənclər, elita və cəmiyyətin bütün təbəqələrinin köməyi ilə bu bəlanı dəf edəcəyik. İranın böyük və nəcib xalqına əminliklə bildirirəm ki, ölkənin bütün qüvvələri və institutları bu vəziyyəti aşmaq üçün çalışır”, - ölkənin müvəqqəti ali rəhbəri bildirib.
Müvəqqəti Rəhbərlik Şurasına Prezident Məsud Pezeşkian, məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejei və Əlirza Ərəfi daxildir.