BAKI, 6 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp səhmlərdən və digər aktivlərdən əldə etdiyi yüz milyardlarla dolların özünə deyil, ABŞ-yə qazandırıldığını iddia edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

ABŞ lideri bildirib ki, səhmlərdən və digər aktivlərdən əldə etdiyi yüz milyardlarla dolları şəxsi qazancı üçün deyil, ölkəsi üçün əldə edir.

Tramp qeyd edib ki, bu fəaliyyətinə görə Demokratlar tərəfindən tənqid olunur və bunu ədalətsizlik kimi qiymətləndirib.