BAKI, 5 sentyabr. TELEQRAF
İranın hərbi mütəxəssisləri Yəmənin Taiz vilayətində qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) hərbi əməliyyatlarının idarə olunmasında iştirak edirlər.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” Yəmənin hərbi mənbələrinə istinadla məlumat yayıb.
Həmçinin onların sayı, kimliyi və husilərin əməliyyatlarının idarə olunmasında iştirak formaları barədə təfərrüat açıqlanmayıb.
Mənbələr bildiriblər ki, Yəmənin hökumət qüvvələri son saatlarda bir neçə cəbhədə irəliləyiş əldə edib və husilərin Taiz vilayətinin bir neçə istiqamətində irəliləmək cəhdlərinin qarşısını alıb.
Yəmən Hərbi Hava Qüvvələri də Taiz və Xudeyda vilayətlərində husilərin mövqelərinə silsilə zərbələr endirib.
“Al-Arabiya” əlavə edib ki, Yəmənin Əl-Cövf vilayətində husilərin komanda mərkəzinə endirilən zərbə nəticəsində dörd İran və bir Livan vətəndaşı öldürülüb.