BAKI, 6 sentyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.
Teleqraf xəbər verir ki, turun son matçında “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
Ağdam klubunun qollarını Joni Montiel (8), Renaldo Sefas (67) və Musa Qurbanlı (89) vurub.
Qonaqların heyətində isə 73-cü dəqiqədə Luka Dumançiç və Ağadadaş Salyanski (90+4) fərqlənib.